Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazi Mehdiyev Səbuhi  Yasin  oğlunun  ailəsi  ilə  görüş  keçirilib

04.11.2021

03.11.2021-ci il  tarixdə  Gəncə  Regional  Mədəniyyət   İdarəsi  Samux  rayon  Mərkəzləşdirilmiş  Kitabxana  Sisteminin  Seyidlər  kənd  kitabxana  filialı  44  günlük  Vətən  Müharibəsində  ağır  yaralanmış  qazi çavuş Mehdiyev Səbuhi  Yasin  oğlunun  ailəsi  ilə  görüş  keçirildi.

Görüşdə  torpaqlarımızın  azadlığı  uğrunda canlarından  keçən qəhrəmanlarımızın  ruhu bir dəqiqəlik  sükutla  yad  edildi.

Tədbiri  giriş  sözü  ilə Seyidlər  kənd  kitabxana filialının müdiri  Xatirə  Məmmədova  açaraq Qazimiz  Mehdiyev  Səbuhi  və  onun  ailəsinə  can  sağlığı  arzuladı. Qazimiz  44  günlük Vətən  Müharibəsində  Füzulidən başlayıb Şuşanın  azad  olunmasına  qədər keçdiyi  döyüş  yolundan  ətraflı  danışdı.  Ali Baş  Komandan  cənab  Prezident  İlham  Əliyev  şəhid  ailələrini  və  qaziləri  daim  diqqət  mərkəzində  saxlayır  və  müvafiq  sərəncamına  əsasən  o, “  Füzulinin  azad olunmasına  görə”,  “ Qubadlının  azad  olunmasına  görə”,”Şuşanın  azad  olunmasına görə” “ Cəsur  döyüşçü”  medalları  ilə  təltif  edilmiş  və  2 otaqlı  mənzil  hədiyyə olunmuşdur.